Camaşırxana, qida və s. bölmələr tibb müəssisələri üzərində yükə çevrilib.
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilib - FƏRMAN
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, TƏBİB-in tabeliyində yaradılmış publik hüquqi şəxslər hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərir:
"Publik hüquqi şəxslər kimi çevik və korporativ idarəçilik formasına keçmədiyinə görə hələdə dotasiya ilə fəaliyyət göstərirlər. Publik hüquqi şəxslər şəklində fəaliyyət göstərən tibb müəssisələrində idarəetmə və qeyri-tibb işçilərinin həm sayının artması, həmdə yüksək maaşlar verilməsi bu müəssisələrdə rentabelliyin aşağı düşməsinə səbəb olub. Bəzi hallarda idarəetmə personalının maaşının yüksək, lakin baş həkimlərin maaşlarının isə aşağı olması səmərəlilik prinsiplərinə uyğun gəlmir. Bu da narazılığa səbəb olur. Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlir. Səhiyyə idarəetməsi və tibb xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır. Bütün qurumlara İcbari tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.(Apa)