Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "NES Group" MMC-nin İtaliyadan idxal etdiyi, "İnalme s.r.l" müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ümumi sayı 1011 ədəd olmaqla "Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml" əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.