İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.











