Bakının Nəsimi rayonu, H.Aslanov küçəsində İbrahim Ağaisa oğlu Nəbiyevə məxsus “İbrahim Kabab Evi” restoranında Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlamada pozuntu tapılıb.
FED.az xəbər verir ki, restoranda yemək bişirilən ətlərin baytarlıq sənədlərinin olmadığı aşkarlanıb. Yoxlama zamanı restorandakı ət və ət məhsullarından, avadanlıqlardan nümunə götürülüb laboratoriyaya göndərilib və uyğunsuzluqlar tapılıb.
Buna görə restoranın işi dayandırılıb, sahibi cərimələnib.