Çikaqo tədqiqatçıları tərəfindən orqanizmə dəstək və şəkərli diabet xəstələrinin terapiyası ilə bağlı yeni müalicə metodu hazırlanıb.
Bununla əlaqədar çoxsaylı tədqiqatlar aparan mütəxəssislər sağlam insanın göbək qanından götürülən hüceyrələrin diabetli xəstələrə kömək edə biləcəyi fikrinə gəliblər. Onların fikrincə, qanın plazmasında olan limfositlər insulinin hazırlanması üçün şərait yaradır.
Qeyd edək ki, sözü gedən tədqiqatların nəticələri haqda məlumat BMC Medicine nəşrində yer almışdır.
İnsan orqanizmində olan insulin qlyukozanın mübadiləsinə cavab verir. Belə ki, 1-ci növ diabetlərdə insulinin sintezi pozulur və bu da immün sistemin beta-hüceyrələrinə öz təsirini göstərir. Nəticədə qlyukoza orqanizmdə düzgün şəkildə bölünmür, əksinə, qanda toplanır. Bu səbəbdən də, diabetdən əziyyət çəkən insanlara qlyukoza balansını saxlamaq üçün mütəmadi olaraq inyeksiya vacib hesab olunur.
Metodun əsasını hüceyrə terapiyası təşkil edir
Yeni metodikanı tədqiqatçılar gövdə hüceyrələrinin köməyi ilə həyata keçirilən müalicə adlandırırlar.
Ümumi prinsip isə belədir: Xəstə insanın immün sisteminə aid olan T-hüceyrələr gövdə hüceyrələri vasitəsilə göbək qanına keçid zamanı elə transformasiya olunur ki, insulin istehsal edən mədəaltı vəzinin hüceyrələrini dağıda bilmirlər.
Təcrübə göstərir ki, xəstələrdə şəxsi insulinin sintezi, prosedurun həyata keçirilməsindən 12 həftə sonra baş verir. Sözügüdən metodun xəstələri çoxsaylı xoşagəlməz manipulyasiyalardan xilas etmə mümkünlüyünü nəzərə alsaq, bu tədqiqatın aidiyyatı sahədə böyük nailiyyət olduğunu görərik. Məhz bu kəşf şəkərli diabetdən əziyyət çəkən insanlara, tibbi müdaxilə olmadan, normal həyat tərzinə yaxınlaşmaq ümidini verir.
Diabetlə mübarizənin yeni metodu hazırlanıb
11:52
17 Avq 2016