Hindistanda polis əməkdaşlarına karantin rejimini pozanları çubuqlarla döyməyə icazə verilir və bu, ən ağır cəza tədbiri deyil. Qeyd edildiyi kimi, hüquq-mühafizə orqanları cəzanı seçməkdə sərbəstdirlər. Bəzi ştatlarda hakimiyyət orqanları qanun pozucularına xəbərdarlıq etmədən atəş aça bilərlər.
Eləcə də bax: Karantin rejimində hansı obyektlərin işləyəcəyi açıqlandı - SİYAHI
FED.az Banker.az-a istinadən koronavirusa görə müxtəlif ölkələrdəki cərimələri təqdim edir:
Türkiyədə boş küçələr antiseptik və yuyucu vasitələrlə yuyulur.
ABŞ prezidenti Donald Tramp koronavirusdan ölüm səviyyəsinin yayın əvvəlində aşağı düşəcəyini söyləyir. Buna baxmayaraq, tibb işçiləri onun nikbin əhval-ruhiyyəsini dəstəkləməyə tələsmirlər və infeksiyanın qocalar evlərində sürətlə yayıldığını iddia edirlər. Xəstəxanalarda qoruyucu vasitələrin çatışmazlığı yaşanır.
Sinqapurda karantin rejimini pozanlara qarşı $10 minədək cərimə və altı ay həbs cəzası tətbiq olunur. İsraildə – $1,5 min cərimə və 3 il həbs, Avstraliyada – $50 min cərimə.
İtaliya, İspaniya və Fransada cərimə cəzası €3000, Avstriyada isə €3500-dən çoxdur.
Çin hökuməti və tibb işçiləri vətəndaşları karantin rejiminə reayət etməyə və evdən çölə çıxmamağa çağırır.
Fillipində yalnız insanlara deyil, heyvanlara da qayğı göstərilir: boş küçələrdə karantin altında olan, uzun müddət bəslənməyən evsiz pişiklərə və itlərə yemək və suyun paylanması təşkil olunur.