Azərbaycanda yaxın qohumlarla yanaşı, yaxın qohum olmayan, ümumiyyətlə qohum olmayan şəxslər də orqan donoru ola bilərlər, amma bir şərtlə ki, bu könüllü və təmənnasız olsun.
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib.
Qeyd edək ki, yaxın qohumlar həmişə orqan donoru ola bilərlər. Belə ki, qanunvericiliyə əsasən, yaxın qohumlar könüllülük və təmənnasızlıqlarını rəsmi şəkildə bildirməklə donor ola bilərlər. Bu zaman Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən onların transplantasiya əməliyyatına icazə verilir.
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
Təqribən eyni qayda qohum olmayan şəxslərə də aiddir – yəni qohum olmayan və ya yaxın qohum olmayan şəxslər də orqan donoru ola, öz orqanının başqasına verə bilərlər. Amma yaxın qohumlardan fərqli olaraq belə şəxslərin donor olması məsələsinə Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasında baxılır və yalnız bu komisssiyanın razılığı əsasında orqan köçürülməsi baş verir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, yaxın qohum olmayan şəxslər (bu kateqoriyaya uzaq qohum və qohum olmayanlar aiddir) arasında planlanan transplantasiya Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasından verilən razılıq əsasında reallaşdırıla bilər. Bu komissiyada müxtəlif sahələrdən mütəxəssislər toplanıb.
Dünyada bir ilk: ağciyər xərçənginə qarşı peyvənd sınaqları başladı
Transplantasiya zamanı etika komissiyasına müxtəlif sənədlər təqdim edilir. Bura xəstəxanalardan, resipiyent (yəni orqanı alan şəxs), donor və onların şahidləri tərəfindən notarial qaydada təsdiq olunmuş sənədlər daxildir. Sənədlərin siyahısına resipiyent, donor və onların şahidlərinin transplantasiya haqqında məlumatlarının olması və bu transplantasiyaya razı olmaları haqqında sənədlər daxildir.
Etika komissiyası bu sənədləri araşdırır, orqan köçürülməsinin könüllü və təmənnasız şəkildə (yəni ödənişsiz) baş verdiyi təsdiqlənirsə, köçürülməyə razılıq verilir və transplantasiya həyata keçirilir.
Əgər məlum olsa ki, orqan köçürülməsi bu prinsiplərin pozulması ilə baş verir, komissiya transplantasiyaya razılıq vermir.
Qeyd edək ki, Azərbaycanda digər ölkələrdə olduğu kimi, transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir.