Koronavirus pandemiyasından sonra virusun müalicəsi ilə yanaşı, onun yayılma statistikasına da diqqəti artırıb.
FED.az xəbər verir ki, statistikaya əsasən 1 koronavirus xəstəsi orta hesabla 1-dən 6-ya kimi insanı xəstəliyə yoluxdura bilər. Amma bu günlərdə Rusiyada 1 nəfərin 1500 nəfərə virus yayıdığı aşkar edilib. Mütəxəssislər bildirir ki, əslində bu təəccüblü deyil, maska taxmayanlar və məsafə saxlamayanlar xəstəliyin potensial super yayıcısıdırlar.
Mütəxəssislər belə halı supersidinq (superseeding) adlandırırlar. Məsələ bundadır ki, virus hava-damcı yolu ilə, sosial kontaktlarda keçir: «Əgər insan məsafə saxlamırsa, maska geyinmirsə, metro vaqonuna belə daxil olursa, evdə-işdə hamı ilə görüşürsə onun supersidinq olma ehtimalı böyükdür və o yüzlərlə başqa adamı yoluxdura bilər».
Ekspertlərin sözlərinə görə, statistikaya əsasən, bir COVID-19 pasiyenti adi qaydada 2-3 nəfəri yoluxdura bilər. Söhbət delta-ştammından getdikdə isə bu rəqəm 5-6 nəfərə çatır. Qaydalara əməl edilməyəndə bu rəqəmlər daha böyük olur: «Mağazada dayanan kassirin qarşısından gün ərzində yüzlərlə insan keçir, maskanı isə çənəsinin altına endirib, beləsi əlbəttə ki, ciddi təhlükə və virus yayma mənbəyidir».
Qeyd edək ki, aşağa səviyyəli biliklər, maariflənmənin zəif olması və qaydalara əməl edilməməsi nəticəsində bəzi ölkələrdə virus daha sürətli yayılıb. Bir qədər əvvəl Britaniyanın «The Guardian» qəzeti xəbər vermişdi ki, Myanma koronavirusun ən böyük yayıcılarından birinə çevrilə bilər.
Fevralda burada hərbi çevriliş olduğu üçün ölkədə virus sürətlə yayılıb. Çevriliş səbəbindən dövlət vaksinləşmə proqramı dayanıb, dövlət xəstəxanaları isə böhran səbəbindən demək olar ki, işləmirlər.
Doğrudur, səhiyyə nazirliyi bildirib ki, indiyədək Myanmada virusdan 4600 nəfər ölüb, amma mütəxəssisçlər bildirir ki, bu rəqəm qat-qat aşağı göstərilib. Təsadüfi deyil ki, son illər ölkədə 10 yeni krematoriya (meyidlərin yandırılması üçün qurğu) tikilir.