2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) nizamnamə kapitalının həcmi üzrə ən aşağı göstəricilər (o cümlədən kapital çatışmazlığı olanlar) müəyyənləşib.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi təşkilatların kapitalı minimum həddə, bəzilərində isə mənfi zonada olub.
Siyahının bu hissəsində "İrşad BOKT" MMC 930 min manat göstərici ilə yer alıb.
"Nova Credit BOKT" MMC-nin kapitalı 918 min manat təşkil edib.
BOKT "ASET Maliyyə Texnologiyaları" MMC 911 min manat göstərici ilə növbəti sırada qərarlaşıb. “Merkuri BOKT” QSC-də isə bu rəqəm 577 min manat olub.
Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:
“REGİONAL” BOKT MMC-də 540 min manat, “AZİNVESTKREDİT BOKT” MMC-də 494 min manat kapital qeydə alınıb.
BOKT “Azəri Star Mikromaliyyə” MMC 339 min manat göstərici ilə sıralanıb. BOKT "AzFinans" MMC-də isə kapital 264 min manat olub.
Bununla yanaşı kapitalı mənfi olan təşkilatlar da var ki, siyahının son pillələrində – “FİNOKO” BOKT ASC (-1 milyon 760 min manat) və ən aşağı nəticə ilə “PARA” BOKT ASC (-19 milyon 137 min manat) yer alır.










