Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların kredit portfelinin 2017/2018-ci illər üzrə dinamikası renkinqini təqdim edir.
Eləcə də bax: Azərbaycanda ən çox böyüyən və kiçilən BOKTlar - SİYAHI - GÖSTƏRİCİLƏR
FED.az-ın məlumatına görə, 2017-ci ilə nisbətən 2018-ci ildə faizlə ən çox artım “Kəpəz” (6,7 dəfə) və Avrasiya-Kredit (3,1 dəfə) BOKT-larında müşahidə olunur. Faiz hesabı ilə ən çox azalma isə “TCF” (7 dəfə) və “REGİONAL” (10 dəfə) BOKTlarda müşahidə olubnub.
Ümumiyyətlə, 45 BOKT-dan 9-nun kredit portfelinin dinamikası 1 milyonu keçib. 9 BOKT-un 2017-2018 kredit portfeli dinamikasında 858 - 37,2 min manat arasında artım olub. 19 BOKT-un kredit portfelində isə 2017-ci ilə nəzərən 2018-ci ildə azalma baş verib.
FED.az-ın məlumatına görə, 2017-ci ilə nisbətən 2018-ci ildə MƏBLƏĞLƏ ən çox artım EmbaFinans (7,9 milyon manat) və MolBulak (4,1 milyon manat) BOKT-larında müşahidə olunur. Ümumiyyətlə, 45 BOKT-dan 9-nun kredit portfelinin dinamikası 1 milyonu keçib. 9 BOKT-un 2017-2018 kredit portfeli dinamikasında 858 - 37,2 min manat arasında artım olub. 19 BOKT-un kredit portfelində isə 2017-ci ilə nəzərən 2018-ci ildə azalma baş verib.
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə bu göstəricilərini gizlədir.
Aşğıdakı cədvəllərdə BOKT-ların faizlə (cədvəl 1) və məbləğlə (cədvəl 2) verilmiş 2017-2018 illər üzrə kredit portfelinin dinamikası ilə tanış ola bilərsiniz.
BOKT-ların kredit portfelinin dinamikası - FAİZLƏ