Azərbaycanda repo bazarında ən fəal iştirak edən investisiya şirkətlərinin reytinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, repo əməliyyatlarının həcminə görə bazarın liderləri artıq müəyyənləşib.
Reytinq siyahısına 7,5 milyard manatlıq dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
İkinci pillədə 3,1 milyard manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 1,5 milyard manatlıq dövriyyə ilə "CPM-Invest İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Bazarın növbəti aktiv iştirakçıları sırasında 899,8 milyon manatla "Assist Finance İnvestisiya Şirkəti" ASC, 893,5 milyon manatla "Unicapital İnvestisiya Şirkəti" ASC və 576,4 milyon manatla "İnvest-Az İnvestisiya Şirkəti" ASC yer alıb.
Siyahının davamında "İnno Kapital İnvestisiya Şirkəti" ASC 174,9 milyon manatlıq, "Troni İnvestisiya Şirkəti" QSC 100 milyon manatlıq, "Capital Partners İnvestisiya Şirkəti" QSC 64,1 milyon manatlıq, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 35,1 milyon manatlıq, "MFX Trading İnvestisiya Şirkəti" isə 7 milyon manatlıq dövriyyə nümayiş etdirib. Siyahının sonlarında yer alan "CFI FİNANCIAL İnvestisiya Şirkəti" QSC və "Xalq" Bankı ASC üzrə isə cari dövrdə repo dövriyyəsi qeydə alınmayıb.











