2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının istehlak kredit portfelinin həcminə görə yeni reytinq cədvəli məlum olub.
FED.az xəbər verir ki, bankların 30 sentyabr 2025-ci il tarixinə olan maliyyə hesabatlarına görə, “Kapital Bank” ASC 3 milyard 131 milyon 776 min manatlıq istehlak kredit portfeli ilə bu seqmentdə mütləq liderdir.
İkinci yerdə 1 milyard 998 milyon 109 min manatla “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC qərarlaşıb. Bu iki bank birlikdə bazarın böyük hissəsini təşkil edir.
Reytinqdə növbəti yerlərdə “Bank of Baku” ASC (673 milyon 232 min manat) və “Unibank KB” ASC (644 milyon 6 min manat) qərarlaşıb.
Portfeli 300 milyon manatı ötən digər banklar isə “Bank Respublika” ASC (342 milyon 514 min manat), “Rabitəbank” ASC (341 milyon 804 min manat), “Azər Türk Bank” ASC (314 milyon 235 min manat) və “Yelo Bank” ASC-dir (312 milyon 470 min manat).
Siyahının davamında “AccessBank” QSC (280 milyon 307 min manat), “Xalq Bank” ASC (239 milyon 332 min manat), “Expressbank” ASC (228 milyon 307 min manat) və “TuranBank” ASC (206 milyon 55 min manat) yer alıb. “Bank VTB (Azərbaycan)” ASC isə 106 milyon 525 min manatlıq portfellə bu qrupda qərarlaşıb.