2024-cü ildə Azərbaycanda əsas kapitala investisiya qoyuluşi 21 milyard 435,1 milyon manat oub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox yatırım paytaxt Bakı şəhəri üzrə edilib - 11 milyard 998 milyon manat.
Bakıdan sonra növbəti sırada işğaldan azad edilmiş Kəlbəcər, Laçın, Ağdam, Şuşa, Zəngilan və Füzuli rayonları gəlir.
Belə ki, Kəlbəcər rayonuna 1 milyard 381,1 milyon manat, Laçım rayonuna 923,5 milyon manat, Ağdam rayonuna 838,1 milyon manat, Şuşaya 758,8 milyon manat, Zəngilan rayonuna 553,1 milyon manat Füzuli rayonuna isə 551,1 milyon manat yatırım olunub.
Cəbrayıl rayonu 451,2 milyon manatla 8-ci olub.
Sumqayıt şəhəri 339,2 milyon manat göstərici ilə 9-ci pillədə yer alıb.
Bundan əlavə Mingəçevir şəhərinə 335,7 milyon manat, Qubadlı rayonuna 317,9 milyon manat, Abşeron rayonuna 218,2 milyon manat yatırım edilib.