2024-cü il üzrə İqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının illik müqayisəsi üzrə göstəricilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə iqtisadiyyatın bütün sahələri üzrə ümumi orta aylıq əmək haqqı 1 009 manat bərabər olub, Bu 2023-cü ilə nisbətən 75 manat, başqa sözlə 8,1% çoxdur,
İllik müqayisədə orta aylıq Kompyuter, elektron və optik məhsulların istehsalı sənayesində 283,7 manat (31%) biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət üzrə 270,5 manat (29%), Sığorta, təkrar sığorta və pensiya təminatı üzrə 580,7 manat (26%), kirayə və lizinq fəaliyyəti üzrə 202,1 manat (26%), elektrik avadanlıqlarının istehsalı üzrə 176,6 manat (22%) civarında olub.
Bundan başqa, metal filizlərinin hasilatı üzrə 434,4 manat (22%), içki istehsalı üzrə 178,9 manat (22%), İсtimai birliklərin (təşkilatların) fəaliyyəti sahəsi üzrə 285,2 manat (20%) artım baş verib.
Mədənçıxarma sənayesinin digər sahələri üzrə 187,2 manat (20%), digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 205,6 manat (19%) artım baş verib.