Prezident İlham Əliyev Şamaxı rayonunda həyata keçirilən işlərdən razı qaldığını bildirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısı bu barədə Şamaxı rayonunda işə düşən «Şirvan Aqro» heyvandarlıq təsərrüfatının açılışında bildirib.
Açılışda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına kompleks və onun imkanları barədə barədə məlumat verib.
Kompleksin kollektivi ilə görüşdə İlham Əliyev ümumilikdə Şamaxı rayonunda görülən işlərə də toxunub:
«Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir.
Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun».











