Quba və Xaçmaz rayonları Azərbaycanın Şimal bölgəsində yerləşən iki ən böyük və əhəmiyyətli rayondur.
Hansı rayon daha güclüdür – ŞƏMKİR, YOXSA AĞCABƏDİ? – İQTİSADİ MÜQAYİSƏ
Gözəl təbiəti və iqlimi ilə yanaşı, bu rayonlar Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin inkişaf etdiyi bölgələrdir. Hər il Azərbaycandan xaricə, xüsusilə də Rusiyaya ixrac edilən meyvə tərəvəzin böyük hissəsi şimal bölgəsinin payına düşür.
FED.az REGİON bu dəfə Quba və Xaçmaz rayonlarının iqtisadi müqayisəsini aparıb. 2022-ci ilin nəticələrinə görə, aparılan müqayisə rayonların iqtisadi və sosial göstəricilərini əhatə edir.
Quba – təbiəti və turizm imkanları ilə tanınan bir rayon kimi tanınır. Quba gölü, şəlalələri və gözəl təbiəti ilə tanınan bu ərazi turistlərin marağını cəlb edir. Bu turizm potensiali, rayonun iqtisadiyyatına daxil olan valyuta və turizm sektorunda iş yaradan sahələrdən biri kimi qeyd edilir.
Quba rayonunda sənaye məhsulunun həcmi 60 557 min manat, kənd təsərrüfatı məhsullarından bitkiçiliyin həcmi 168 429 min manat, heyvandarlığın həcmi 82 513 min manat, pərakəndə ticarət dövriyyəsi 570 996 min manat və əsas kapitala yönəldilmiş investisiyalar isə 94 366 manat olmuşdur.
Bu göstəricilərə əsasən Qubanın iqtisadi göstəricilərində sənaye məhsulları 6%, bitkiçilik 17%, heyvandarlıq 8%, pərakəndə ticarət dövriyyəsi 58% və əsas kapitala yönəldilmiş investisiyalar 10% həcmindədir
Rayonu Azərbaycan prezidentinin cəmi 4 ay əvvəl, 31 avqust 2023-cü ildə təyin etdiyi icra hakimiyyətinin başçısı 49 yaşlı ixtisasca hüquqşünas İlqar Mahmudov idarə edir.
Xaçmaz rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Rayon əkin sahələrinin həcminə görə qonşusu olan Qubadan fərqlənir, rayonda olan əkin sahələri 29 098 ha ərazini əhatə edir, Quba rayonu üzrə isə bu göstərici 15 116 ha təşkil edir.
Xaçmaz rayonunda sənaye məhsulunun həcmi 188 026 min manat, kənd təsərrüfatı məhsullarından bitkiçiliyin həcmi 230 516 min manat, heyvandarlığın həcmi 149 404 min manat, pərakəndə ticarət dövriyyəsi 646 301 min manat, əsas kapitala yönəldilmiş investisiyalar isə 78 728 min manat təşkil etmişdir.
Bu göstəricilərə əsasən Xaçmazın iqtisadi göstəricilərində sənaye məhsulları 15%, bitkiçilik 18%, heyvandarlıq 12%, pərakəndə ticarət dövriyyəsi 50% və əsas kapitala yönəldilmiş investisiyalar 6% - təşkil edir.
Rayonu Azərbaycan prezidentinin 31 oktyabr 2019-cu ildə təyin etdiyi icra hakimiyyətinin başçısı 43 yaşlı ixtisasca menecer olan Elnur Rzayev rəhbərlik edir.
Quba |
Regionların müqayisəsi
|
Xaçmaz |
Rayonlar |
||
2.61 |
Sahəsi (min km²) |
1.06 |
169 000 |
Əhali (min nəfər ) |
174 000 |
582 636 |
İqtisadi gücü ( min manat) |
889 571 |
5 264 |
Adambaşına düşən ÜDM(manat) |
3 348 |
24 |
İllik iqtisadi artım (2022) (%) |
17 |
14 600 |
İşləyənlərin sayı (nəfər) |
16 300 |
589 |
Orta maaş ( manat) |
560 |
5 480 |
Rəsmi işsiz sayı (nəfər ) |
6 187 |
324 |
10 min nəfərə düşən işsiz sayı (nəfər) |
356 |
722 947 |
Əhalinin nominal gəlirləri (min manat) |
847 445 |
İlqar Akif oğlu Mahmudov
49
31.08.2023 |
İcra başçısı,
yaşı
təyinatı |
Elnur Şahbaz oğlu Rzayev
43
31.10.2019 |
151 |
Kənd sayı (ədəd) |
134 |
10 492 |
İaşə dövriyyəsi (min manat) |
18 196 |
16 823 |
Tikinti işlərinin dəyəri (min manat) |
6 312 |
94 366 |
Əsas kapitala yönəlmiş investisiyalar (min manat) |
78 728 |
789 |
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə nömrələrin sayı (ədəd) |
2 440 |
7 199 |
Əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri (min manat) |
15 351 |
418 |
Əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin dəyəri(manat) |
610 |
27 |
Poçt şöbələrinin sayı (ədəd) |
21 |
47 |
ATS-lərin sayı (ədəd) |
66 |
+994 23 |
Telefon kodu |
+994 02332 |
1 961 |
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir (min manat) |
2 551 |
40 |
Avtomobil nömrəsi |
27 |
21 118 |
Avtomobillərin sayı (ədəd) |
23 010 |
3 004 |
Yük avtomobillərinin sayı (ədəd) |
2 933 |
314 |
Sərnişin avtobuslarının sayı (ədəd) |
362 |
532 |
Ümumi avtomobil yollarının uzunluğu(km) |
447 |
570 996 |
Pərakəndə ticarət dövriyyəsi (min manat) |
646 301 |
42 |
Fəaliyyət göstərən müəssisələrin sayı (ədəd) |
42 |
425 |
Sənaye fəaliyət ilə məşğul olmaq üçün qeydə alınan fərdi sahibkar sayı |
475 |
15 116 |
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi(ha) |
29 098 |
56 281 |
Heyvandarlıqda iri buynuzlu mal-qara (baş) |
56 612 |
236 237 |
Heyvandarlıqda xırda buynuzlu mal-qara (baş) |
47 626 |
3 |
Xəstəxanaların sayı (ədəd) |
4 |
207 |
Həkimlərin sayı |
230 |
9 173 |
Yaşa görə pensiyaçıların sayı(nəfər) |
10 585 |
307 |
Orta aylıq pensiya məbləği (manat) |
289 |
Xınalıq kəndi, Afurca şəlaləsi, Təbii Minarə, Çənlibel gölü, Qəçrəş, Təngəaltı |
Turistik məkanları |
Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Seyrəngahı, Çənlibel parkı, Xudat – qala-şəhər, Nabran - çimərlik turizminin mərkəzi |