2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Bakı şəhərinin rayonlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayının azalma dinamikası müşahidə olunan rayonlar da məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə paytaxtın bir sıra rayonlarında dövlət işçilərinin sayında geriləmə qeydə alınıb.
Siyahının bu hissəsində Nizami rayonu 2,4% və ya 376 nəfər azalma ilə yer alıb.
Pirallahı rayonunda azalma 3,5% və ya 248 nəfər təşkil edib.
Sabunçu rayonu 4,2% və ya 463 nəfər geriləmə ilə növbəti sırada qərarlaşıb. Xəzər rayonunda isə azalma 4,8% və ya 783 nəfər olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Binəqədi rayonunda 8,2% və ya 1 615 nəfər azalma qeydə alınıb.
Siyahını ən kəskin azalma ilə Yasamal rayonu (11,4% və ya 12 415 nəfər) tamamlayır.










