Bu ilin iyulun 1-nə Azərbaycanda rəsmi işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 229 min 55 nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 471 nəfər, başqa sözlə 7,2% çoxdur.
Qeyd edək ki, DSK-nin məlumatına görə ötən ilin eyni dövründə ölkədə 213 min 584 nəfər işsiz var idi.
İllik müqayisədə işsiz sayında ən kəskin artım Sədərək rayonunda qeydə alınıb. Rayonda işsizlərin sayı 397 nəfər və ya 2,7 dəfə çoxalıb. Ümumi işsiz sayı isə iyulun 1-I vəziyyətinə 630 nəfərə bərabər olub.
Şərur və Ordubad rayonlarının hər birində 2,5 dəfəlik artım müşahidə edilib. Bu rayonlarda işsizlərin sayı rəqəm ifadəsində müvafiq olaraq 1 692 və 890 nəfər artıb. Məlumatlara görə Şərur rayonunda işsizlərin sayı 2 841 nəfər, Ordubad rayonunda isə 1 495 nəfər təşkil edib.
Culfa rayonu üzrə işsizlərin sayı 893 nəfər, başqa sözlə 2,3 dəfə artaraq 1 573 nəfərə və Babək rayonu üzrə 1 207 nəfər və ya 2,1 dəfə artımla 2 258 nəfərə yüksəlib.
Kəskin artım hiss olunan digər rayonlara Kəngərli rayonu (592 nəfər və ya 82,1%), Naxçıvan şəhəri (963 nəfər və ya 80,7%) və Şahbuz rayonu (305 nəfər və ya 61,7%) da daxildir.
1 iyul vəziyyətinə rəsmi olaraq Kəngərli rayonunda 1 313, Naxçıvan şəhərində 2 156, Şahbuz rayonunda 799 nəfər işsiz qeydiyyatda olub.
Bununla yanaşı işsiz şəxlərin sayı Bərdə rayonu üzrə 1 763 nəfər (38,6%) artaraq 6 332 nəfər və Cəlilabad rayonu üzrə 1 042 nəfər (28,8%) artaraq 4 659 nəfər təşkil edib.