2025-ci ildə Azərbaycanın rayon və şəhərlərinə yatırılan əsas kapitala investisiyaların həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ən böyük investisiya axını mərkəzi işğaldan azad edilmiş bölgələrin payına düşür.
Təqdim olunan statistikaya əsasən, ən yüksək investisiya göstəricisi 1 milyard 119 milyon manatla Bakı şəhərində qeydə alınıb. Siyahının ikinci pilləsində 1 milyard 9 milyon manatlıq investisiya ilə Kəlbəcər rayonu qərarlaşıb.
İnvestisiya cəlbediciliyinə görə üçüncü yerdə 760 milyon manatla Ağdam rayonu, dördüncü yerdə isə 736 milyon manatla Zəngilan rayonu yer alır.
Sıralamanın davamına nəzər saldıqda, beşinci yerdə 522,3 milyon manatlıq investisiya ilə Xızı rayonu, altıncı yerdə 513,8 milyon manatla Gəncə şəhəri, yeddinci yerdə isə 453,1 milyon manatla Laçın rayonu qərarlaşıb.
Əsas kapitala investisiya qoyuluşu üzrə ilk onluğu 397,3 milyon manatla Naxçıvan Muxtar Respublikası, 383 milyon manatla Şuşa rayonu və 373,3 milyon manatla Cəbrayıl rayonu tamamlayır.











