Azərbaycanda kredit borclarını ən yaxşı ödəyən və problemli kreditlərin payının ən aşağı olduğu rayonlar bəlli olub.
FED.az xəbər verir ki, kredit intizamının ən yüksək olduğu rayonlar arasında liderlik 0,5% göstərici ilə Şabran rayonuna məxsusdur. Bu rayonda vaxtı keçmiş kreditlərin məbləği cəmi 0,2 milyon manat təşkil edir.
Siyahıda borcların qaytarılma səviyyəsinə görə növbəti sıralarda hər biri 0,6% payla Şərur və Qusar rayonları qərarlaşıb. Məbləğ olaraq Şərurda 0,1 milyon manat, Qusarda isə 0,3 milyon manat problemli borc qeydə alınıb.
Siyahının davamında isə problemli kreditlərin ümumi portfeldəki payı 0,7% olan Yardımlı, Ağsu və Qax rayonları gəlir. Məlumata görə, Yardımlı rayonunda vaxtı keçmiş kreditlər 0,1 milyon manat, Ağsu və Qax rayonlarının hər birində isə 0,3 milyon manat səviyyəsindədir.










