2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə orta aylıq nominal əməkhaqqının 2024-cü ilin müvafiq dövrü ilə müqayisəli dinamikası, yəni maaşların ən az artdığı 10 rayon/şəhər açıqlanıb.
Renkinqə orta aylıq nominal əməkhaqqının illik faiz artımına görə ən az dinamika ilə 1,5% (və ya 9,7 manat) artımla Saatlı rayonu başçılıq edir. Belə ki, Saatlı rayonunda əməkhaqqı 634,9 manatdan 644,6 manata yüksəlib.
İkinci yerdə Şərur rayonu qərarlaşıb ki, burada əməkhaqqı 2,9% (və ya 18,7 manat) artaraq 655,8 manatdan 674,5 manata çatıb.
Quba rayonu 4,0% (və ya 27,5 manat) artımla üçüncü, Naxçıvan şəhəri isə 4,4% (və ya 37,2 manat) artımla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Goranboy rayonu (4,5% və ya 29,6 manat artım), Hacıqabul rayonu (4,6% və ya 32,1 manat artım), Qobustan rayonu (4,7% və ya 31,1 manat artım), Şirvan şəhəri (5,7% və ya 47,9 manat artım), Xocavənd rayonu (5,8% və ya 40,2 manat artım) və Gəncə şəhəri (5,8% və ya 41,1 manat artım) yer alıb.










