2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,36%-ə bərabər olub.
Ən aşağı kredit 8,9 milyon manat olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Bu iqtisadi rayondan sonra növbəti aşağı göstərici Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb. Region üzrə kreditlərin ümumi məbləği 186 milyon manat təşkil edib. Bu iqtsadi rayon həcmcə ən az krediti ən baha faiz dərəcəsi ilə 19,36% olmaqla verib
Mil-Muğan iqtisadi rayonunda isə bu göstərici 300,2 milyon manat təşkil edib.
Naxçıvan iqtisadi rayonunda kreditlərin həcmi 420,9 milyon manata bərabər olub.
Şirvan-Salyan iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 431,7 milyon manat təşkil edib.
Məlumata görə orta faiz dərəcəsi ən aşağı olan iqtisadi rayonlar Bakı iqtisadi rayonunda (12,04%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,65% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.
Şərqi Zəngəzur iqtisadi rayonunda 15,69%-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda 15,90%-ə Şəki-Zaqatala iqtisadi rayonunda 17,17%-ə bərabər olub.