Azərbaycanda 2024-cü ildə ümumilikdə 91 min 718 yeni iş yeri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən az iş yeri işğaldan azad edilmiş Ağdərə rayonunu nəzərə almasaq Daşkəsən rayonunda açılıb.Rayon üzrə ötən il ümumilikdə 16 yeni iş yeri açılıb.
Ötən il ən az açılmış iş yerlərinin, 32-si Ağsu rayonunun, 44-ü isə Zaqatala rayonunun payına düşüb. 44 yeni iş yeri isə Zaqatala rayonunda açılıb.
2024-cü ildə 45 yeni iş yeri Şamaxı rayonunun, 55-i Zərdab rayonun, 63-ü isə Oğuz rayonunun payına düşüb.
Ötən il Qaxda 67, Yevlaxda 69, Saatlıda 73 yeni iş yeri açılıb.