2025-ci ildə Azərbaycanın bəzi rayonlarında barmaqla sayılacaq qədər iş yeri açılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında ölkənin 8 rayonunda açılan iş yerlərinin sayı 10-dan az olub.
Ən az iş yeri açılan rayonların siyahısına Şərur, Ordubad və Naftalan rayonları başçılıq edir.
Maraqlıdır ki, ənənəvi olaraq iqtisadi cəhətdən aktiv rayonlardan sayılan Masallı rayonu da bu dəfə ən az iş yeri açılan rayonların sırasındadır. Bu rayonda 9 ayda cəmi 9 iş yeri yaradılıb.
|
Rayonlar
|
Açılan iş yerlərinini sayı, yanvar-sentyabr, 2025 |
|
|
1 |
Şərur rayonu |
2 iş yeri |
|
2 |
Ordubad rayonu |
2 iş yeri |
|
3 |
Naftalan rayonu |
2 iş yeri |
|
4 |
Ucar rayonu |
3 iş yeri |
|
5 |
Daşkəsən rayonu |
4 iş yeri |
|
6 |
Şabran rayonu |
4 iş yeri |
|
7 |
Ağsu rayonu |
5 iş yeri |
|
8 |
Hacıqabul rayonu |
5 iş yeri |
|
9 |
Masallı rayonu |
9 iş yeri |










