2024-cü ildə Azərbaycanda 15 min 942 iş yeri bağlanıb.
FED.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə bu 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7% çoxdur.
Ağdamda 2023-cü ildə 1 iş yeri bağlanmışdısa 2024-cü ildə 49 iş yeri bağlanıb. Laçında isə son bir il ərzində bu göstərici 1-dən 37-yə yüksəlib.
Salyanda isə son bir il ərzində 2023-cü ilə nəzərən daha 205 iş yeri fəaliyyətini dayandırıb (26,6 dəfə artım), 2024-cü ildə bağlanmış iş yerlərinin sayı 213-ə yüksəlib.
Yardımlıda iş yerlərinin bağlanması illik 22,7 dəfə (65 yer), Tərtərdə 19,4 dəfə (92 yer), Kəlbəcərdə 15,4 dəfə (72 yer) sürətlənib.
Abşeron ərazisində 1 006 iş yerinin fəaliyyətinə son verilib ki, bu da il ərzində 12 dəfə (922 yer) artım deməkdir.
Ağsatafda və Lerik illik 11,4 dəfə artım baş verib. Say ifadəsində Ağstafada 198, Lerikdə 52 yer artım olub.
Şabran üzrə bağlanmış iş yerlərinin sayında 10,1 dəfə (64 iş yeri) sürətlənmə baş verib.