“Xəzər” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzər maliyyə nəticələrini açıqlayıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şikrətin faiz gəlirləri 138 min 507 manat olub. Bu, 2024-cü illə müqayisədə 15 min 951 manat və ya 10,3% azalma deməkdir. Şirkətin faiz xərcləri də 2 min 485 manat (40,2%) azalaraq 3 min 702 manata düşüb. Nəticədə kredit ittifaqının xalis faiz gəlirləri 13 min 466 manat (9,1%) azalaraq 134 min 805 manata düşüb.
Hesabat dövründə şirkətin vergidən əvvəlki mənfəəti 88 min 348 manat, ödənilmiş mənfəət vergisi isə 4 min 417 manat olub. Bunlar da, 2024-cü illə müqayisədə müvafiq olaraq 2 min 473 manat (2,7%) və 124 manat (2,7%) azalma deməkdir. Nəticədə şirkətin xalis mənfəəti 83 min 931 manata bərabər olub. Bu, 2024-cü ilə nəzərən 2 min 349 manat (2,7%) azdır.
2025-c ilin sonuna MMC-nin cəmi aktivlərinin həcmi 986 min 873 manat olub. Bu, əvvəlki illə müqayisədə 108 min 647 manat (12,4%) çoxdur.
Şirkətin öhdəliklərinin həcmi 65 min 68 manat və ya 33,7% artaraq 258 min manata yüksəlib.
Ötən ilin sonunda “Xəzər” Kredit İttifaqı MMC-nin cəmi kapitalı 728 min 873 manat olub. Bu da, 2024-cü ilə nəzərən 43 min 579 manat (6,4%) artım deməkdir.







![“Xəzər” Kredit İttifaqı ötən ili uğursuz başa vurub – [red]XALİS MƏNFƏƏTİ AZALIB – HESABAT[/red] | FED.az](upload/news/small/2701689.jpg)
![“Xəzər” Kredit İttifaqı ötən ili uğursuz başa vurub – [red]XALİS MƏNFƏƏTİ AZALIB – HESABAT[/red] | FED.az](upload/news/small/4189373.jpg)
![“Xəzər” Kredit İttifaqı ötən ili uğursuz başa vurub – [red]XALİS MƏNFƏƏTİ AZALIB – HESABAT[/red] | FED.az](upload/news/small/2573123.jpg)








