Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırır.
BOKT-ların sosial şəbəkələrdə mübarizəsi – ŞƏBƏKƏDƏ AKTİV VƏ PASSİV OLAN BOKT-LAR - SİYAHI
FED.az xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-larda hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi və valyuta mübadiləsinin aparılması imkanlarına baxılır", - deyə o qeyd edib. (Report)