Böyüməkdə davam edən “REGİONAL” Bank Olmayan Kredit Təşkilatının bu günlərədə Sumqayıt filialı fəaliyyətə başlamışdır.
FED.az xəbər verir ki, yeni filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 222 ünvanında yerləşir. Sumqayıt filialının açılmasında əsas məqsəd vətəndaşlara və iş adamlarına maliyyə dəstəyinin göstərilməsi, onların kredit ehtiyaclarını tez, asan və əlçatan şərtlərlə qarşılanmasını təmin etməkdir. Filial öz müştərilərinə təminatlı və təminatsız şəkildə müxtəlif kredit məhsullarının təqdim edilməsini nəzərdə tutur.
Xatırladaq ki, «REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.
“REGİONAL” Bank Olmayan Kredit Təşkilatı özünün təsdiq olunmuş strategiyasına uyğun olaraq filiallarını ölkəmizin müxtəlif bölgələrində yaratmaqla satış şəbəkəsinin coğrafiyasını genişləndirməyi və bununla da əhalinin maliyyə inklüzivliyinin təmin olunması ilə iqtisadiyyata öz töhfəsini verməyi hədəfləyir.