Azərbaycanın aktiv maliyyə qurumlarından olan “KƏPƏZ BOKT” MMC-nin Təsisçilərinin, Müşahidə Şurasının, Audit Komitəsi və idarəetmə orqanın birgə iclasının tarixi məlum olub.
FED.AZ xəbər verir ki, 17 aprel 2026-cı il tarix, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov 177 ünvanında Müşahidə Şurası, Audit Komitəsi və İdarəetmə orqanının birgə keçiriləcək iclasında aşağıda qeyd edilən məsələlər müzakirə ediləcək.
- “KƏPƏZ BOKT” MMC-nin 2025-ci ilin Maliyyə göstəricilərinin müzakirəsi;
- “KƏPƏZ BOKT” MMC-nin Audit Komitəsinin 2025-ci il üçün hesabatı
- “KƏPƏZ BOKT” MMC-nin 2026-cı il üzrə görüləcək işlər barədə məsələnin müzakirəsi.
Qeyd edək ki, “KƏPƏZ BOKT” MMC-nin Təsisçilərinin Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla yuxarıda qeyd olunan ünvanda yerləşən ofisdə tanış ola bilərsiniz.











