Finex Kredit BOKT ASC-nin 2024-cü il üzrə maliyyə hesabatına əsasən, şirkətin 1 milyon 494 min manat həcmindəki nizamnamə kapitalında iştirak edən təsisçilərin tərkibində dəyişikliklər baş verib.
FED.az kredit təşkilatının hesabatına istinadən xəbər verir ki, əgər 2023-cü ilin sonunda ümumilikdə 9 nəfər təsisçi kimi çıxış edirdisə, 2024-cü ildə bu siyahıya yeni adlar əlavə olunub, 1 təsisçi isə çıxarılıb.
Ən böyük dəyişiklik Mirzəyev Xəqan Səməd oğlunda baş verir. Onu 2024-cü ildə payı əhəmiyyətli dərəcədə azalıb
2023-cü ilin sonunda ən böyük pay sahibi Mirzəyev Xəqan Səməd oğlu idi. O, 480 min manat və ya 32 faiz paya malik idi. Lakin 2024-cü ildə onun payı kəskin şəkildə azalaraq cəmi 30 min manat səviyyəsinə düşüb. Bu, 450 min manat azalma deməkdir və nəticədə onun pay faizi 2.01 faizə enib.
Hesabat ilində kredit təşkilatında yeni payçılar da daxil olub.
2024-cü ildə aşağıdakı 3 şəxs nizamnamə kapitalına yeni payçı kimi daxil olub:
-
Mirzəyev Səməd Murad oğlu – 250 min manat (16.73 faiz)
-
Mirzəyeva Səadət Məmmədəli qızı – 200 min manat (13.39 faiz)
Cəfərov Tofiq Abbas oğlu, Hacıyev Azər Vahid oğlu və Hidayətova Sevil Əlihüseyn qızı isə 2024-cü il siyahısında yer almır, yəni bu şəxslər 2023-cü ildən sonra təsisçilikdən çıxarılıb və onların payları 0-a bərabərdir.
Digər əsas dəyişikliklərə gəldikdə Cəbrayıllov Azad Nəriman oğlu öz mövqeyini qoruyaraq 399 min manat (2023-də də eyni) 2024-cü ildə ikinci ən böyük payçı olaraq qalıb.
Allahverdiyeva Raminə Tokay qızının payı 246 min manat səviyyəsində saxlanılıb, lakin ümumi pay faizi 2023-dəki 17 faizdən 16.47 faiz-ə enib.
Tağıyeva Şəlalə İslam qızı, Şıxəlizadə Tokay Murad oğlu, Məmmədov Rövşən Mürsəl oğlu, Şərifov Mobil Famil oğlu və Tağıyeva Gülnarə Elçin qızı da öz paylarını qoruyublar.
Ümumilikdə struktur daha balanslı paylanıb
Əgər 2023-cü ildə nizamnamə kapitalının təxminən yarısı tək bir nəfərin – Xəqan Səməd oğlunun əlində cəmlənmişdisə, 2024-cü ildə bu balans pozulub və kapital daha çox təsisçi arasında daha bərabər paylanıb.
Təsisçilərin adı |
Payın miqdarı |
Bir pay, manat |
Nizamnamədə payın məbləği, manat |
Təsisçinin ümumi paydakı çəkisi, % |
Cəbrayılov Azad Nəriman oğlu |
3990 |
100 |
399,000.00 |
26.7068% |
Mirzəyev Səməd Murad oğlu |
2500 |
100 |
250,000.00 |
16.7336% |
Allahverdiyeva Ramina Tokay qızı |
2460 |
100 |
246,000.00 |
16.4659% |
Mirzəyeva Səadət Məmmədəli qızı |
2000 |
100 |
200,000.00 |
13.3869% |
Tağıyeva Şəlalə İslam qızı |
1516 |
100 |
151,600.00 |
10.1473% |
Şıxalızadə Tokay Murad oğlu |
1126 |
100 |
112,600.00 |
7.5368% |
Məmmədov Rövşən Mürsəl oğlu |
540 |
100 |
54,000.00 |
3.6145% |
Şərifov Mobil Famil oğlu |
346 |
100 |
34,600.00 |
2.3159% |
Mirzəyev Xaqan Səməd oğlu |
300 |
100 |
30,000.00 |
2.0080% |
Tağıyeva Gülnarə Elçin qızı |
162 |
100 |
16,200.00 |
1.0843% |
YEKUN |
1,494,000.00 |
100% |