02 fevral 2026-cı il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov ray, Z.Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, bina 1, ofis 413 ünvanında “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az BOKT-a istinadən xəbər verir ki, gündəlikdəki məsələlər bunlardır:
1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.
2. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günləri saat 12:00-dək tanış ola bilərlər.
E-mail – [email protected]
Ünvan – Bakı şəhəri, Nərimanov ray, Z.Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, bina 1, ofis 413.











