22 may 2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az bu barədə BOKT-a istinadən xəbər verir.
Gündəlikdəki məsələlər:
- Nizamnamə kapitalı barədə müzakirə.
- 2024-cü ilin maliyyə-təsərrüfat yekunlarına dair kənar auditin hesabatı üzrə müzakirə.
- Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günləri saat 12:00-dək tanış ola bilərlər.
Əlaqə telefonu – (+994 12) 440-56-15.
E-mail – [email protected]
Ünvan – Bakı şəhəri, S.Rüstəm küçəsi, 11.