“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının İcraçı direktoru Hacıyev Rəfail Qiyas oğlu tutduğu vəzifədən azad edilib.
FED.AZ xəbər verir ki, R.Hacıyev bu vəzifəyə 22.01.2025-ci il tarixdə təyin edilmişdi. Cari ilin iyul ayının 4-də isə öz xahişi ilə vəzifəsindən azad edilib. Rəfail Hacıyev bu məlumatı FED.az-a təsdiqləyib.
Qeyd edək ki, hazırda icraçı direktor vəzifəsini Məmmədova Leyli Calal qızı icra edir.