“Caspian İnvest” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
BOKT "Caspian İnvest" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 3 milyon 318 min manat olub. Bu, 2024-cü illə müqayisədə 1 milyon 403 min manat (73,3%) çoxdur. Faiz xərcləri 445 min 181 manat təşkil edib ki, bu da, illik müqayisədə 333 min 238 manat (4 dəfə) artım deməkdir. Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmalarının həcmi 521 min 812 manat olmaqla bir il əvvələ nəzərən 480 min 302 manat (12,6 dəfə) çox olub. Nəticədə kredit təşkilatı ötən il 2 milyon 351 min manat (illik müqayisədə 589 min manat / 33,4% çox) xalis faiz gəliri əldə edib.
Şirkətin haqq və komissiya gəlirləri 393 min 1 manat (48 dəfə) artaraq 401 min 366 manata yüksəlib. Haqq və komissiya xərcləri 11 min 339 manat (11%) azalaraq 91 min 816 manata düşüb. İnzibati və digər əməliyyat xərclərinin həcmi 1 milyon 849 min manat olmaqla son bir ildə 728 min manat və ya 65% artıb.
Şirkət ötən il 242 min 68 manat mənfəət vergisi ödəyib ki, bu da, illik müqayisədə 121 min 605 manat (33,4%) azdır.
BOKT-un ötən il üzrə xalis mənfəəti 569 min 563 manat olmaqla bir ildə 387 min 605 manat (3,1 dəfə) artım göstərib.
Ötən ilin sonuna “Caspian İnvest” BOKT-un aktivlərinin həcmi 15 milyon 295 min manat olub. Bu, 2024-cü illə müqayisədə 2 milyon 626 min manat və ya 20,7% artım deməkdir. Aktivlərinin artmasının əsas səbəbi müştərilərə verilmiş kreditlərin artması ilə bağlıdır. Belə ki, şirkətin müştərilərə verilmiş kreditlərinin həcmi 14 milyon 882 min manat təşkil edib ki, bu da, illik müqayisədə 2 milyon 673 min manat (21,9%) çoxdur.
Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin həcmi 6 milyon 690 min manat olub. Bu da, 2024-cü ilin sonuna nəzərən 2 milyon 288 min manat (25,5%) azdır.
2025-ci ilin sonunda “Caspian İnvest” BOKT-un cəmi kapitalı 8 milyon 605 min manat olub. Cəmi kapital bir ildə 4 milyon 915 min manat (2,3 dəfə) artıb. Kapitalının artmasının əsas səbəbi nizamnamə kapitalının artırılması ilə bağlıdır. Nizamnamə kapitalı 5 milyon 245 min manat 2,7 dəfə artaraq 8 milyon 245 min manata yüksəlib. Ötən ilin sonuna şirkətin əlavə ödənilmiş kapital olmayıb. 2024-cü ildə bu məbləğ 900 min manat idi. Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi isə 359 min 995 manat olub ki, bu da, illik müqayisədə 150 min 427 manat və ya 71,8% çoxdur.







![“Caspian İnvest”in maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1295366.jpg)
![“Caspian İnvest”in maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1186711.jpeg)
![“Caspian İnvest”in maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1421904.jpeg)








