BOKT "Viator Mikrokredit Azərbaycan" 2024-cü ilin I yarısının hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, təşkilat 2024-cü ilin ilk yarısını 285,5 min manat xalis mənfəətlə başa vurub. Bu da 2023-ci ilin I yarısı ilə müqayisədə 198,9 min manat və ya 3,2 dəfə artım deməkdir.
Bu dövrdə təşkilatın faiz gəlirləri 1 milyon 383 min manat, faiz xərcləri 223 min manat, xalis faiz gəlirləri 1 milyon 160 min manat, qeyri faiz gəlirləri 36 min manat, qeyri-faiz xərcləri isə 839 min manat olub.
İllik müqayisə ilə faiz gəlirləri 339 min manat (32,5%), faiz xərcləri 95 min manat (74,2%), xalis faiz gəlirləri 244 min manat (26,6%), qeyri faiz gəlirləri 31 min manat (7,2 dəfə), qeyri-faiz xərcləri isə 26 min manat (3,2%) artıb.
Hesabat dövründə təşkilatın əmək haqqı xərcləri 559 min manat, digər qeyri-faiz xərcləri 151 min manata bərabər olub. Son bir ildə əmək haqqı xərcləri 3 min manat (0,5%, digər qeyri-faiz xərcləri 28 min manat (22,8%) artıb.
Əməliyyat mənfəəti də son bir il ərzində 249 min manat, başqa sözlə 3,3 dəfə artaraq 357 min manata yüksəlib.
Bu ilin I yarısında BOKT "Viator Mikrokredit Azərbaycan" 10 milyon 304 min manat cəmi aktivlərə malik olub. Akitvlər ötən ilin sonu ilə müqayisədə 1 milyon 528 min manat (17,4%) böyüyüb.
Təşkilat 6 ay ərzində müştərilərinə 9 milyon 727 min manat kredit verib verib ki, bu da 6 ay ərzində 1 milyon 615 min manat və ya 19,9% artım deməkdir.
Bunun əksinə öhdəliklər 945 min manat (25,7%) azalaraq 2 milyon 728 min manata düşüb.
Balans kapitalı 7 milyon 577 min manat olub ki. bu da 6 aylıq fərqlə 2 milyon 475 min manat və ya 48,5% artımdır.