Azərbaycanda kredit, lizinq, lombard və faktorinq xidmətləri təqdim edən «Ferrum Kapital» şirkətinin maliyyə vəziyyəti açıqlanıb.
“Finans Kredit” BOKT və “SF Azerbaijan” BOKT qanunun tələblərini pozdu - AMB CƏRİMƏLƏDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ilin ilk 3 rübü ərzində «Ferrum Kapital»ın 1 377 469 manat ümidsiz borcu yığılıb, bu məbləğ zərər kimi tanınaraq bölüşdürülməmiş mənfəətdən çıxılıb.
Şirkət bu hesabatı növbəti istiqraz buraxılışı münasibətilə açıqlayıb.
Xatırladaq ki, «Ferrum Kapital» Demirçi ailəsinə məxsusdur, daha dəqiqi şirkətin əsas sahibi «Ağa qrup» şirkətlər qrupunun sahibi Qafar Dəmirçidir, o şirkətin 68% səhminə nəzarət edir. Şirkətin digər iri səhmdarı 23% payla Habib Zadeh Mohammad Rezadır. «Ferrum Kapital»ın səhmlərinin 4,5%-i «AQA şirkətlər Qrupu» QSC-ya, daha 4,5% isə "Vesta investment" QSC-yə məxsusdur.










