Ötən il Bank Olmayan Kredit Təşkilatları (BOKT) üçün müəyyən sənədlər təsdiq edilib və yeni qaydalar, tələblər tətbiq olunmağa başlayıb. Paralel olaraq ölkədə fəaliyyət göstərən bəzi BOKT-lar fəaliyyətini dayandırıb.
Bu və Azərbaycanın qeyri-bank sektorundakı vəziyyətlə bağlı digər məsələlər haqqında FED.az biznes və maliyyə xəbərləri portalının suallarını Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva cavablandırıb.
- Jalə xanım, 2025-ci il, mikro maliyyə, o cümlədən Bank Olmayan Kredit Təşkilatları üçün nə ilə yadda qaldı? İlin yekunlarını necə qiymətləndirirsiniz?
- Ötən il Bank Olmayan Kredit Təşkilatları (BOKT) üçün çox əhəmiyyətli bir il oldu. Çünki bir il ərzindən Mərkəzi Bank tərəfindən həm kredit risklərinin idarə edilməsi üzrə qaydalar təsdiqləndi, həm BOKT-larda kibertəhlükəsizlik qaydalarının tətbiqi başlanıldı, həm də ən böyük əhəmiyyəti kəsb edən – ilk dəfə olaraq “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi təsdiqləndi. 2025-ci ildə olunan naliyyətlər bir növ, mikromaliyyəli təşkilatlarının inkişafını dəstəkləyən yol xəritəsidir.
- Sizcə bu yeniliklər, o cümlədən xatırlatdığınız sənəd BOKT-ların işinə necə təsir edəcək?
- Biz inanırıq ki, orada qeyd olunan prioritetlər üzrə, fəaliyyətlər, qaydalar yeni xidmət çeşidini artırmaqda maraqlı olan BOKT-lar üçün çox gözəl fürsət yaradacaq ki, onlar regionlarda maliyyə əlçıdanlığını təmin edilməsində öz təhfəsini vermiş olacaqlar.
Bizim üçün əsas prioritetlərdən biri özünəməşğul insanların maliyyə əlçatanlığının təmin olunmasıdır. Bu istiqamətdə onları dəstəkləyən müvafiq qanunvericilik aktları olmalıdır. Hazırda kateqoriyalara baxsaq sahibkarlıqla bağlı müəyyən hüquqi mexanizmlər var. Amma özünəməşğulluq sahəsində həmin şəxslərin maliyyə əlçatanlığını birbaşa dəstəkləyən xüsusi qanunvericilik aktları yoxdu. Müəyyən dövlət proqramları var ki, əsasən işsiz və ya iş axtaran şəxslərin həmin proqramlara cəlb olunmasını nəzərdə tutur. Amma bölgələrdə elə insanlar da var ki, onlar bu gün sahibkar olmağa hələ tam hazır deyillər amma, gəlir yaradan fəaliyyətlə məşğul olmaq istəyirlər ki, ailələrini dolandıra bilsinlər.
- Bu şəxslərin maliyyəyə əlçatanlığı üçün nə edilməlidir? Azərbaycanda bununla bağlı plan necədir?
- Belə adamlar üçün Özbəkistanda, Avropa ölkələrində də müəyyən mexanizm mövcuddur ki, onlar sahibkar olmaq üçün müəyyən, ondan qabaqki, özünə məşğul kateqoriya kimi uçota alınırlar. Azərbaycanda belə uçot mexanizmi hələ mövcud deyil. Haqqında danışdığım o strateji sənəd çərçəsində bu məsələyə toxunulub, orada bu mövzu prioritet kimi göstərilir ki, bu tip insanların da maliyyə əlçatanlığı təmin edilsin. Bu da maliyyə inkluzivliyinə öz töfəsini vermiş olacaq.
- Jalə xanım, ötən il bəzi BOKT-lar fəaliyyətini dayandırpdı bunun səbəbi nədir?
- Ötən il bağlanan BOKT-ların bağlanma səbəbləri fərqli idi. Elə BOKT-lar var idi ki, öz investisiyasını və kapitalını artıq başqa ölkələrə köçürmək qərarı vermişdilər. Başqa ölkələrdə portfel dinamikası daha sürətlə inkişaf edir ona görə, onlar dəyişmişdilər. Elə BOKT-lar var idi ki, onların məcumu kapitalının artırılmasında səhmdarları lazımi vəsaiti yerləşdirməmişdilər. Elə BOKT-lar var idi ki, onun maliyyə göstəriciləri Mərkəz Bankın tələblərinə cavab vermirdi və sair.
Ümumi olaraq, düşünürük ki, belə addımlar sektorun sağlamlaşmasına xidmət edir. Biz bazarda müxtəlif müddət ərzində fəaliyyət göstərən BOKT-lara baxırıq ki, hansılar ki, dayanıqlı inkişafa maraqlıdırlar onlar lazımi investisiyaları etməkdə də səhmdarları təşviq edə bilirlər.
Eyni zamanda bugünkü gün beynəlxalq praktikaya baxsaq, bu, təbii bir prosesdir. Bazarda institutlaşma getdikçə, institusional inkişaf getdikçə, daha inkişaf yönümlü təşkilatlar bazarda daha çox özünü rəqabətli xidmətlərini göstərməyə nail ola bilirlər. Amma yəni, çox uzunmüddətli strategiyası olmayan təşkilatlarda da bugünkü strateji çərçivə artıq bir az önə baxmaq təşviq edir. Maliyyə bazarında yeni innovasiyaların təşviqinə təkan verir.
- 2026-cı ildə də hansısa BOKT-ların öz fəaliyyətini dayandırması gözlənilirmi?
- Bu suala cavab vermək bir az çətindir. Çünki biz Assosiasiya olaraq çalışırıq ki, üzvlərin gözləntilərində, hansısa çətinlikləri varsa, onların həlli məsələsində dəstək olaq. BOKT-ların bağlanması ikitərəfli qaydada, - Mərkəzi Bank və BOKT-lar arasında həll edilir.
- Jalə xanım, bildiyimiz kimi, BOKT-lar öz fəaliyyətləri, yəni kredit vermələri üçün vəsaitləri əsasən banklardan kredit kimi və istiqraz buraxılışı ilə cəlb edirlər. Bəs BOKT-lar üçün hansı daha sərfəlidir, vəsaiti banklardan, yoxsa istiqrazlardan cəlb etmək?
- İstiqrazların cəlb edilməsində üstünlük odur ki, birbaşa investisiya şirkətləri dəstək olurlar və BOKT-lar öz istiqrazlarını yerləşdirmiş olurlar. Bank vasitəsilə adətən kredit xətti ayrılır və bizim üzvümüz olan PAŞA Bank yerli investisiya banklarından biridir ki, BOKT-lara artıq on ildən çoxdur ki, kredit xətti ayırır və bizim üzvlərimiz də bundan istifadə edir. Bu da onlara imkan yaradır ki, onlar portfellərini diversifikasiya edə bilsinlər.
- Bu vəsaitlər cəlb olunan zaman bankların faizləri daha sərfəli olur, yoxsa istiqraz faizləri?
- Bu faizlər müxtəlif təşkilatlarda – BOKT-larda fərqlidir. BOKT-un performansından, tarixçəsindən asılı olan məsələlər var. Elə BOKT-lar var ki, 20 ildir bazarda fəaliyyət göstərir, onun portfelində həm xarici, həm yerli investorlar var. Eləsi var ki, təzə başlayır. Xüsusilə yeni fəaliyyətə başlayan şirkətlər üçün bazarda etibarlı qurum kimi formalaşmaq məqsədilə istiqraz buraxılışı ilə bağlı müəyyən tələblər mövcuddur. Bu tələblərə cavab vermək üçün, bir növ ev tapşırıqlarını yaxşı etdikcə artıq bu, bank üçün də maraqlı olur. Qurumun bir tarixçəsi və performans göstəriciləri olur ki, bundan istifadə edirlər.
- Son zamanlar Mərkəzi Bank ilə BOKT-lar arasında müəyyən məsələlər müzakirə edilir. Əsas müzakirə olunan məsələlər nələrdir? Sektorda hansısa dəyişkiliklər olacaqmı?
- “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində qeyd olunan prioritetlər üzrə işçi qruplarda müzakirələr davam edir. Konkret hansı məsələlərin müzakirə olunduğunu açıqlaya bilməyəcəm. Çünki hər iclasın gündəliyində müəyyən məsələlər olur.
Sənəddə qeyd edilən, prioritet fəaliyyətlərin ardıcıl icrası həm sektorda məhsul çeşidinin diversifikasiyasını təmin edir, həm də onların korporativ idarə edilməsinin mühkəmlənməsinə xidmət göstərir. Eyni zamanda onların bazarda təqdim elədiyi məhsulların da potensial müştələrə əlçatan edilməsinə xidmət edir.
Bu gün bizim əsas məqsədimiz odur ki, BOKT-ların kənd yerlərində fəaliyyət göstərməsi üçün kapital bazarlarından onlara maliyyə resurslarını cəlb edə bilək. Məqsədimiz odur ki, BOKT-lar güclənsinlər ki, əlavə xidmətlər də göstərməyə hazır olsunlar və potensial investorlar üçün də cəlbedici olsunlar. BOKT-lar güclü olmalıdırlar ki, vəsaiti yerli bazardan cəlb edə bilsinlər. Çünki vəsaiti xarici investordan cəlb etməklə müqayisədə yerli bazardan cəlb edəndə o daha ucuz başa gəlir. Çünki xaricdən cəlb edəndə orada hedcinrq riskləri və xərcləri də yaranır.










