15 aprel 2019 11:50

"BTB Leasing"in səhmdarları şirkətin maliyyə vəziyyətini - MÜZAKİRƏ EDƏCƏK

"BTB Leasing" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az Banker.az-a istinadən xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev.27 ünvanında yerləşən inzibati binasında 31 may 2019-cu il tarixində, saat 15:00-da baş tutacaq.

Yığıncaqda cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesablarının təsdiq olunması və cəmiyyətin maliyyə vəziyyətinin müzakirə edilməsi nəzərdə tutulur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz