2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 10-nun kredit portfeli 10 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Aqrarkredit" (80,658 milyon manat), "Para" (54,578 milyon manat), "Embafinans" (23,434 milyon manat), "TBC Kredit" (17,087 milyon manat), "Finoko" (14,016 milyon manat) və "Molbulak"dır (13,269 milyon manat). 22 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 8 BOKT-un kredit portfeli isə 1 milyon manatdan azdır.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
36 BOKT-dan 19-u ötən kredit portfelini böyüyüb. Bunlar "Kəpəz", "Avrasiya-Kredit", "Effektinvest", "Finex Kredit", "PSG Kapital", "Embafinans", "Molbulak", "Kredit Servis", "International", "Merkuri", "İDK", "Finoko", "Azinvestkredit", "Kredex", "Finans İnvest", "Azmikroinvest", "İdeal Kredit", "Pro Kredit" və "Aqrarkredit"dir. Ən yüksək dinamika "Kəpəz"də (6,8 dəfə), ən aşağı dinamika isə "Aqrarkredit"də (0,9%) qeydə alınıb.
Qalan 17 BOKT-un isə kredit portfeli azalıb. Ən çox azalma "Regional"da (89,9%), ən az azalma isə "Omni Finance"də (0,3%) qeydə alınıb.
"Renkinq"