Azərbaycanda daha bir BOKT fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Bank olmayan kredit təşkilatları haqqında” Qanununa əsasən, “Forfinance” MMC-yə BOKT fəaliyyəti üçün lisenziya verilib.
FED.az-ın məlumatına görə, yeni şirkət bu ilin əvvəlində yaradılıb, onun fəaliyyətə icazə alması təqribən 5 ay çəkib.
1 milyon manat (1 000 000 manat) nizamnamə kapitalı ilə yaradılan yeni krdit təşkilatı Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatdan keçib.
BOKT-un Müşahidə Şurasının sədri Quliyev Salman Əfqan oğludur. Müşahidə Şurasının üzvləri: Məmmədov Cəlal Oqtay oğlu, Əliyev Amil Rabil oğludur. Təşkilatın audit komitəsinin sədri Məmmədov Cəlal Oqtay oğlu, audit komitəsinin üzvləri Əliyev Amil Rabil oğlu və Novruzov Nicat Bulut oğludur.
BOKT-un təkbaşına rəhbəri Azadov Azər Fikrət oğludur.
Baş mühasib Qurbanova Fatimə Abbasəli qızı, daxili auditor İsgəndərov Rəşad Abış oğludur.
“Forfinance” BOKT-un lisenziya alması ilə ölkədə fəaliyyət göstərən BOKT-ların sayı 59-a yüksəlib.