Qarabağ iqtisadi rayonunda bu il kafe və restoranların, ümumilikdə iaşə obyektlərinin dövriyyəsi 46 milyon 943,7 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ötən illə müqayisədə iaşə sektorunun dövriyyəsi 6 milyon 841,9 min manat və ya 17,1% artıb. Keçən il iqtisadi rayon üzrə iaşə dövriyyəsi 40 milyon 101,8 min manat olmuşdu.
Xankəndi şəhərində isə bu il iaşə obyektlərinin dövriyyəsi 959,3 min manat olub. Ötən il üzrə göstərici qeydə alınımayıb.
Ağcabədi rayonunda cari ildə kafe və restoranların dövriyyəsi 15 milyon 493,5 min manat təşkil edib. Ötən illə müqayisədə iaşə gəlirləri 1 milyon 413,1 min manat və ya 10% artıb. Keçən il burada iaşə dövriyyəsi 14 milyon 80,4 min manat idi.
Ağdam rayonunda isə bu il iaşə dövriyyəsi 48,7 min manat olub ki, bu da ötən ilin 42,2 min manat göstəricisi ilə müqayisədə 6,5 min manat və ya 15,4% çoxdur.
Hesabatda Ağdərə, Xocalı və Xocavənd rayonlarında kafe və restoranların dövriyyəsiüzrə göstərici qeydə alınmayıb.
Bərdə rayonunda iaşə obyektləri üzrə dövriyyə bu ilin aynvar-sentyabr aylarında 21 milyon 690 min manat təşkil edib. Ötən illə müqayisədə artım 3 milyon 530 min manat və ya 19,4% olub. Ötən ilin müvafiq dövründə bu göstərici 18 milyon 160 min manat idi.
Füzuli rayonunda iaşə sektorunda ciddi artım müşahidə olunub. Bu il kafe və restoranların dövriyyəsi 125,7 min manat təşkil edib ki, bu da ötən ilin 32,4 min manat göstəricisi ilə müqayisədə 93,3 min manat və ya təxminən 3,9 dəfə çoxdur.
Şuşa rayonunda da kafe və restoranların gəlirləri yüksəlib. Hesabat dövründə dövriyyə 4 milyon 863,7 min manat olub, bu isə ötən ilin 4 milyon 257 min manat göstəricisindən 606,7 min manat və ya 14,3% çoxdur.
Tərtər rayonunda bu ilin 9 ayında iaşə obyektlərinin dövriyyəsi 3 milyon 762,8 min manat olub. İllik müqayisədə iaşə gəlirləri 233 min manat və ya 6,6% artıb. Ötən ilin eyni dövründə bu rəqəm 3 milyon 529,8 min manat təşkil edirdi.










