Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Kəlbəcərin də bərpa planı hazırdır: 124 kənddən 56-sı qalacaq

Kəlbəcərin də bərpa planı hazırdır: 124 kənddən 56-sı qalacaq | FED.az
11:21 18 Sen 2021

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb. Artıq 7 rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntələrində yol və elektrik enerjisi infrastrukturu bərpa edilir. 

Cəbrayıl şəhərinin baş planının hazırlanmasına 3,6 milyon manat ayrıldı

FED.az xəbər verir ki,  rayon mərkəzləri və kəndlərdə bərpası və yenidən qurulacaq. 

Bərpa və yenidənqurma işləri çərçivəsində işğaldan azad olunmuş rayonlarda kiçik kəndlərin birləşdirilməsi, yeni yaşayış zonaları salınması nəzərdə tutulur. 

Ərazilərin bərpası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri – kiçik kəndlərin birləşdirilməsinin meyar və prinsipləri də artıq bəllidir.

Bəs, sərt dağlıq ərazilərə malik olan və hərbi cəhətdən strateji əhəmiyyət daşıyan Kəlbəcər və Laçında bərpa və yenidənqurma layihələri hansı prinsiplərə əsaslanacaq?

Həm Kəlbəcərdə, həm də Laçında həyata keçiriləcək layihələrdə iki məqam daha çox diqqət çəkir: rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması və kiçik kəndlərin birləşdirilməsi. Bərpa proqramı ilə tanışlıqdan məlum olur ki, hər iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisinə xüsusi önəm veriləcək. Ucqar zonalarda yerləşən kiçik kəndlər birləşdiriləcək, yol və digər kommunikasiyalara yaxın ərazilərdə yerləşən kəndlər öz yerində qalır.

124 kənddən yalnız 56-sı yenidən qurulacaq

Xatırladaq ki, sahəsi 1961 kv.km və ya 196,1 min hektar (Ağdərə rayonundan Kəlbəcərin inzibati tərkibinə verilmiş 23 kəndin ərazisi istisna olmaqla) olan Kəlbəcər rayonu işğala qədər 126 yaşayış məntəqəsindən ibarət idi: Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 43 inzibati ərazi dairəsi üzrə 124 kənd. Lakin bərpa sənədlərinə əsasən, rayonun yalnız 58 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kənd yenidən qurulacaq. Bu isə o deməkdir ki, rayonun 68 kiçik kəndi digər iri yaşayış məntəqələrinə birləşdiriləcək. Bərpa proqramında iri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da əksini tapıb. Beləliklə, hazırda əhalisinin sayı 75 min 714 nəfər təşkil edən Kəlbəcər rayonun bütün sakinləri 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcək.

Bərpa planına əsasən, Kəlbəcərdə yaşayış məntəqələrinin yenidən qurulması 4 mərhələdə həyata keçiriləcək. 

Birinci növbədə bərpa olunacaq ərazilərə 13 yaşayış məntəqəsi daxildir: Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Zar, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndləri aiddir. 

İkinci növbədə bərpası nəzərdə tutulan yaşayış məntəqələri üzrə yenidənqurma tədbirləri 3 fazaya bölünür. Birinci fazada 39, ikinci fazada 5 kəndin bərpası nəzərdə tutulur. 

Ağdaban kəndi və keçmiş Ağdərə rayonunun Kəlbəcərin inzibati ərazisinə daxil edilmiş 23 yaşayış məntəqəsinin bərpası və yenidən qurulması isə üçüncü fazada icra olunacaq.

İri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da diqqət çəkən məqamlardandır. Belə ki, birinci növbədə bərpa olunacaq 13 yaşayış məntəqəsindən 9-u kiçik kəndlərin birləşdirilməsi hesabına bir az da böyüyəcək. Məsələn, qonşu Boyaqlı kəndi Kəlbəcər şəhərinə, Bəzirxana Zar kəndinə, Quzeyçirkin və Alçalı Qılınclıya, Qaragüney Zülfüqarlı kəndinə birləşdiriləcək. 

Dörd yaşayış məntəqəsi - İstisu qəsəbəsi, Başlıbel, Keşdək və İlyaslar kəndləri isə müstəqil şəkildə əvvəlki yerində bərpa olunacaq. Bərpa planında İstisu qəsəbəsində 425, Başlıbeldə 559, Keşdəkdə 543, İlyaslarda 600 ailənin yerləşdirilməsi üçün yaşayış sahələrinin tikilməsi nəzərdə tutulur.  

İkinci növbədə bərpa olunacaq yaşayış məntəqələri arasında birləşdiriləcək kəndlərin sayı daha çoxdur. Bu mərhələdə yenidən qurulacaq Dalqılınclıya 5 (Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Alolar və Kaha), Tirkeşəvəndə 5 (Qalaboyun, Qaraxançallı, Zərqulu, Qazıxanlı və Alıbəyli), Abdullauşağına 4 (Mozqaraçanlı, Fətallar, Moz və Ağyataq), Xallanlıya 3 (Alırzalar, Şahkərəm və Çovdar) kənd birləşdiriləcək.

Ucqar kəndləri blokadadan necə çıxarmalı?

Bərpa proqramında Kəlbəcərin qonşu Laçın rayonu və respublikanın digər bölgələri ilə əlaqəsini təmin etmək üçün bir neçə iri yol layihəsi layihəsi nəzərpdə tutulur. Buraya ümumi uzunluğu 80,7 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu, Kəlbəcəri Laçınla birləşdirən 72,3 km-lik magistralı, 51 kilometrlik İstisu-Minkənd yolunun, Murovdağın altından Kəlbəcərə 11,6 kilometrlik, Kəlbəcər-Laçın yolu üzərində inşasına başlanmış 3,4 kilometrlik tunellər aiddir.

Yeri gəlmişkən, Kəlbəcərin ən ucqar və ən böyük yaşayış məntəqələrindən sayılan, məhz alternativ yolların olmamasına görə işğal zamanı əhalisi mühasirə vəziyyətinə düşən və kütləvi qətliama məruz qalan Başlıbel kəndi rayon mərkəzindən 58 km məsafədə yerləşir. Qonşu Xallanlı və Taxtabaşı kəndlərini isə rayon mərkəzindən müvafiq olaraq, 55 və 65 km-lik məsafə ayırır. Bərpa proqramında kəndlərarası kommunikasiyaların, o cümlədən ən ucqar yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən yol infrastrukturunun yenidən qurulması, alternativ yolların çəkilməsi nəzərdə tutulsa da, bununla bağlı layihələr hələ ki hazır deyil.

Ekspertlər Tutqun çayı boyunca yerləşən yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən mövcud Tunel-Başlıbel sossesinə alternativ yol infrastrukturunun çəkilməsini təklif edir. Bildirilir ki, rayon mərkəzinin cəmi 16 kilometrliyində yerləşən Qaraçanlı kəndindən Başlıbelə yol çəkməklə bu zonadakı yaşayış məntəqələrinə, o cümlədən Xallanlı, Taxtabaşı və Ağcakəndə  məsafəni ən azı 50 faizə qədər azaltmaq mümkündür. Hesablamalara görə, bu təşəbbüsün reallaşması rayon mərkəzindən Başlıbelə olan məsafənin 58 km-dən 20-22 km-dək qısaldılması deməkdir. Bu, həm də artıq inşasına başlanmış Kəlbəcər-Laçın magistralınının region üçün əhəmiyyətini artıra bilər. Çünki Qaraçanlıdan Başlıbelə yolun çəkilməsi həm də Kəlbəcər-Laçın magistralınının dairəvi yola çevrilməsi deməkdir. Belə olduqda İstisu qəsəbəsi ilə Qaraçanlı kəndi arasında yerləşən və bərpası planlaşdırılan 11 yaşayış məntəqəsinin də Kəlbəcər-Laçın magistralınına çıxışını xeyli dərəcədə asanlaşacaq.(pressklub.az)

Banner
Banner
  • Kəlbəcər
  • bərpa plan
  • 124 kənd
Paylaş

Digər xəbərlər

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
Qarabağ 13 Avq 2022
Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
Qarabağ 13 Avq 2022
Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
Qarabağ 12 Avq 2022
İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
"Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
Qarabağ 12 Avq 2022
"Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
Qarabağ 12 Avq 2022
"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
Qarabağ 12 Avq 2022
İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
Qarabağ 12 Avq 2022
Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
“Cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də...” - FOTOLAR
Qarabağ 12 Avq 2022
“Cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də...” - FOTOLAR
Əli Əsədovdan Şuşa ilə bağlı növbəti - QƏRAR
Qarabağ 12 Avq 2022
Əli Əsədovdan Şuşa ilə bağlı növbəti - QƏRAR
Azərbaycanda yaşayan ruslardan - Rusiyalı hərbi ekspertə - ETİRAZ
Qarabağ 11 Avq 2022
Azərbaycanda yaşayan ruslardan - Rusiyalı hərbi ekspertə - ETİRAZ
Xankəndidə yaşayan erməniləri - Narahat Edən Mesaj! - FOTO
Qarabağ 11 Avq 2022
Xankəndidə yaşayan erməniləri - Narahat Edən Mesaj! - FOTO
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
Qarabağ 11 Avq 2022
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycanda sığorta depozitləri 36 faizdən çox - ARTIB
    12:52 13 Avq 2022
  • Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
    12:38 13 Avq 2022
  • Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - HESABAT
    12:21 13 Avq 2022
  • 41 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:18 13 Avq 2022
  • Fransa parlamenti ölkədə yanacaq ehtiyatının rekord dərəcədə az olduğunu - BİLDİRİR
    12:12 13 Avq 2022
  • İndiyədək ölkədə 67 min yeni nəsil nəzarət-kassa aparatları - QURAŞDIRILIB
    11:59 13 Avq 2022
  • Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
    11:40 13 Avq 2022
  • Zakir Həsənov xidməti müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ
    11:33 13 Avq 2022
  • Aktiv ƏDV ödəyicilərinin sayı - 7,2 FAİZ ARTIB
    11:26 13 Avq 2022
  • Bakının bu rayonunda yaşayış binası sökülür - FOTO
    11:05 13 Avq 2022
  • Maliyyə piramidasının rəhbəri milyonları götürüb Bakıya - QAÇDI
    10:49 13 Avq 2022
  • Bakıda fəhlə faciəvi şəkildə - VƏFAT ETDİ
    10:45 13 Avq 2022
  • Dövlət büdcəsinə daxilolmaların 23,6 faizini ƏDV hesabına - TƏMİN OLUNUB
    10:36 13 Avq 2022
  • Moody's Türkiyənin kredit reytinqini - AŞAĞI SALDI
    10:27 13 Avq 2022
  • Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
    10:22 13 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    10:20 13 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:06 13 Avq 2022
  • Prezident: Həmin ərazilərdə taxılın məhsuldarlığı - 1 TONDAN AŞAĞIDIR
    09:49 13 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 20 VAKANSİYA
    21:46 12 Avq 2022
  • "Paşa sığorta" işçi axtarır - VAKANSİYA
    21:43 12 Avq 2022
  • "Azərpambıq " işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    21:40 12 Avq 2022
  • "The Ritz-Carlton Baku" - işçilər axtarır - VAKANSİYALAR
    21:31 12 Avq 2022
  • "Express Bank" işçi axtarır - VAKANSİYA
    21:23 12 Avq 2022
  • "AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
    21:19 12 Avq 2022
  • "Socar Polymer" işçi axtarır - VAKANSİYA
    21:11 12 Avq 2022
  • "Star Mining LLC" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    20:35 12 Avq 2022
  • Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA
    20:33 12 Avq 2022
  • "OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
    20:28 12 Avq 2022
  • "AFB Bank" işçi axtarır - VAKANSİYA
    20:27 12 Avq 2022
  • "Nar" işçi axtarır - VAKANSİYA
    20:23 12 Avq 2022
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:19 12 Avq 2022
  • Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi - TAM MƏTN
    20:05 12 Avq 2022
  • İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
    19:59 12 Avq 2022
  • "Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
    18:11 12 Avq 2022
  • Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti - 31% AZALIB
    18:07 12 Avq 2022
  • İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi avtomobil yolunun inşası il sonunadək - BAŞA ÇATACAQ
    18:02 12 Avq 2022
  • "Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
    17:51 12 Avq 2022
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    17:40 12 Avq 2022
  • İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
    17:33 12 Avq 2022
  • AMB-nin Pul Siyasəti və Maliyyə Sabitliyi Komitələri - BİRLƏŞDİRİLİB
    17:26 12 Avq 2022
  • "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
    17:23 12 Avq 2022
  • Ukraynada “Bayraktar” zavodunun inşasına - BAŞLANILIB
    17:17 12 Avq 2022
  • Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
    17:09 12 Avq 2022
  • Azərbaycanda avtomobil istehsalı - 29% ARTIB
    17:01 12 Avq 2022
  • ABV şirkəti işçi axtarır - VAKANSİYA
    16:54 12 Avq 2022
  • “Yelo Bank”ın səhmdarlarında - DƏYİŞİKLİK OLUB
    16:54 12 Avq 2022
  • “Nar” YayFest “Könüllülük” düşərgəsində - İŞTİRAK ETDİ
    16:47 12 Avq 2022
  • İlham Əliyev: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
    16:42 12 Avq 2022
  • Yoluxanların sayı yenidən 500-ü keçdi - VƏFAT EDƏN OLMAYIB
    16:37 12 Avq 2022
  • Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi - BAŞLANILIB
    16:30 12 Avq 2022
  • “Sun Food” MMC-nin istehlaka yararsız müxtəlif növ süd və süd məhsulları - MƏHV EDİLİB
    16:22 12 Avq 2022
  • İlham Əliyev - MÜSAHİBƏ VERİB
    16:14 12 Avq 2022
  • Prezident yol tikintisinə 3,2 milyon manat ayırdı - SƏRƏNCAM
    16:09 12 Avq 2022
  • “AzInTelecom” 2 milyon manatlıq avadanlıq və lisenziya - ALIR
    16:02 12 Avq 2022
  • Prezident Ağsuda açılışlarda - İŞTİRAK EDİB
    15:57 12 Avq 2022
  • "Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"
    15:51 12 Avq 2022
  • Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına - MÜRACİƏT EDİB
    15:42 12 Avq 2022
  • Prezident “Ağsu Aqropark”ın fəaliyyəti ilə - TANIŞ OLUB
    15:37 12 Avq 2022
  • Azərbaycanda qızıl hasilatı 18,4% azalıb, gümüş hasilatı - 49% ARTIB
    15:12 12 Avq 2022
  • Sahibkarlığın İnkişafı Fondu süfrə sularının istehsalına kredit - AYIRIB
    15:04 12 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.