Minatəmizləmə Agentliyi (ANAMA) son günlər işğaldan azad edilmiş ərazilərdə meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara müraciət edib.
FED.az xəbər verir ki, Agentlik istirahət və ziyarət zamanı vətəndaşları odla ehtiyatlı olmağa çağırıb: «Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər».
Agentlik bildirir ki, həmin ərazilərdə yanğın baş versə burada müharibədən qalan mina və digər partlayıcılar istidən işə düşüb partlaya və ətrafdakılara ciddi ziyan vura bilər.
Dövlət qurumu Qarabağ və azad edilmiş digər ərazilərə səfər edən vətəndaşları yanğın və ya mina təhlükəsi ilə üzləşəndə dərhal 805, 102 və ya 112 nömrələrinə zəng etməyə çağırır.