Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib. Əzimov daha öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
Xatırladaq ki, cari ilin iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub.