Bildirilir ki, araşdırmanın əsas mövzusu həmin banklarda vaxtilə verilən və sonradan qaytarılmayan problemli kreitlərlə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankınin (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üzrə açıqladığı məlumata görə,ölkə üzrə problemli borcların ümumi məbləği 1 mlrd 688,7 min manat və ya 13,4% təşkil edir.
Eləcə də bax: Mənfəəti 60% azalsa da, böyüyüb – BANK HESABATI
Həm də belə kreditlərə görə çıxılmaz vəziyyətdə qalan və fəaliyyəti dayandırılan 13 bank var. İndiyədək Əmanətlərin Sığortalanması Fondun həmin bankların əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.
Hüquq mühafizə orqanlarından Modern.az-a daxil olan məlumata görə, əslində banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Bank rəhbərləri ilə bağlı araşdırma da məhz bu məsələləri araşdırmaq üçün aparılır.
Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:
“Royalbank” ASC
“Yunayted Kredit Bank” ASC
“Bank of Azerbaijan” ASC
“Gəncəbank”
“Texnikabank” ASC
“Parabank” ASC
“Zaminbank” ASC
“Kredobank” ASC
“Dekabank” ASC
“Atrabank” ASC
“Qafqaz İnkişaf Bankı” ASC
“Bank Standard”
“Dəmirbank” ASC