Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Vergilər Məcəlləsində elektron qaimə-faktura ilə bağlı - DƏYİŞİKLİK
FED.az-ın məlumatına görə, qüvvədə olan “Büdcə sistemi haqqında” qanuna əsasən indiyə qədər neft gəlirləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri və neft-qaz sahəsində fəaliyyətdən dövlət büdcəsinə daxil olan gəlirlərin (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) məcmusu sayılıb.
Dəyişikliyə əsasən bu maddə yeni redaksiyada verilib. Beləliklə, icmal büdcənin neft gəlirləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisidir.
İcmal büdcənin qeyri-neft gəlirləri icmal büdcənin ümumi gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ, dövlət büdcəsinin neft gəlirləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi, dövlət büdcəsinin qeyri-neft gəlirləri – dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğdir.
İndiyə qədər xərclənə bilən neft gəlirləri proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləği olub. Dəyiçikliyə əsasən xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləği olacaq.
İcmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi büdcə ili üçün təsdiq olunan icmal büdcənin neft gəlirləri və Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin məcmusu ilə bu qanunda qeyd olunmuş qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəmidir.
Bundan sonra büdcə layihələrində hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar da əksini tapmalıdır.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya onun yerli bölmələrinə, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edirlər. Dəyişikliyə əsasən bundan sonra Vergilər Nazirliyi bu maddə ilə müəyyən edilmiş hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edəcək.
Eyni zamanda Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanması hesabına təmin ediləcək.
İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürüləcək. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu qanunda nəzərdə tutulmuş qaydada idarə ediləcək. Bu maddədə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürüləcək.
Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
Büdcə sisteminə dair tələblər dəyişdi – YENİ QAYDALAR
19:01
21 Dek 2018