“Groupon”, “IBM”, “Adobe” və “FedEx” – yaranma tarixi müxtəlif dövrlərə təsadüf edən bu şirkətləri bir fakt birləşdirir: iqtisadi qeyri-sabitlik zamanı “doğuluş”. Böhran böyük itkilər və eyni zamanda böyük imkanlar dövrüdür. Biznes təcrübəsinə görə, iqtisadi böhrandan xilas olan startaplar sürətlə güclənir və qısa zamanda böyük şirkətlərə çevrilir.
FED.az biznes-keyslərə olan marağı nəzərə alaraq mövzunu davam etdirir. Bu dəfə biznes tarixinə istinadən, böhran vəziyyətində məhv olmamaq və hətta inkişaf etməyin yolları ilə bağlı biznes nümunələrini təqdim edirik.
Böhran... əsl təcrübə zamanıdır
Mövqe dəyişikliyi böhran yaşamaq üçün ən “ideal” vasitədir. Bir zamanların məşhur şokolad fabriki olan "Korkunov" da belə bir addım atmışdı. 1998-ci il böhranının ortasında, şirkət premium-seqmentə keçərək ilk şokolad məhsulunu “A. Korkunov” brendi ilə istehsal edərək riskli qərar qəbul etmişdi. Şirkət bu addımı ilə yalnız böhrandan xilas olmadı, eyni zamanda, strateji addımını rəqəmlərlə açıqladı: 2003-cü ilə qədər premium şokolad bazarının 57%-nə “Korkunov” nəzarət edirdi.
ABŞ-ın ən yaxşı elektronika supermarketlər şəbəkələrindən biri olan “Best Buy” da belə bir addım atmışdı. 1990-1991-ci illər tənəzzülündən sonra şirkət mağaza formatını endirimlər istiqamətində dəyişdi və “satışdan sonra satış” xidmətini əsas seqment kimi gücləndirdi. “Best Buy”a, nəinki müştəri kontingentini qoruyub saxlamaq müvəffəq oldu, həm də o, ən münasib qiymətli mağaza imici yarada bildi. Nəticədə burada üç il ərzində beş dəfə kapitallaşma artımı qeydə alındı.
Böhran dövründə strateji təşəbbüslər yeni məhsulların inkişafına sərmayə qoymağa da yönləndirə bilər. 1997-ci ildə “Samsung Electronics” yeni texnologiyalara yatırım etdi və böhran sona çatdıqda o, telekommunikasiya avadanlıqları sahəsində lider oldu. Həmin dövrdə şirkət loqistika siyasətini optimallaşdıraraq, “just-in-just” sisteminə keçdi. Yenidənqurma əmtəə ehtiyatlarını yarıbayarı endirməklə 1,5 milyard dollar həcmində vəsaiti qoruya bildi.
Böhranda biznes: nəyə nail olmaq olar?
14:51
4 Aprel 2018