Ümumilikdə, hazırda ölkəmizdə 16 bank ləğvetmə prosesindədir. Bu bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu (ADİF) çıxış edir. Hazırda ADİF ilk növbədə fərdi şəxslərin, sonra VÖEN hesabı üzrə müəssisələrə olan borcları qaytarmağa çalışır. Lisenziyası ləğv edilənlərin dövlət büdcəsinə borcları isə hələki gözləmə mərhələsindədir. Kimin nə qədər borcu var? Bu suala rəsmi və dəqiq məlumat almaq üçün vergi üzrə ekspert Vəli Əliyevin köməyilə Vergilər Nazirliyinin Məlumatların Açıqlanması sistemindən istifadə etdik. Əldə etdiyimiz “borc rəqəmləri” aşağıdakı kimidir:
Bankın adı | Bankın dövlət büdcəsinə olan borcu (manatla) | Bankın mövcud vəziyyəti |
Texnikabank | 2 milyon 877 min 179 | Ləğvetmədədir |
Bank Standard | 2 milyon 373 min 639 | Ləğvetmədədir |
Dəmirbank | 0 | Ləğvetmədədir |
Zaminbank | 16 min 184 | Ləğvetmədədir |
Atrabank | 0 | Ləğvetmədədir |
Parabank | 0 | Ləğvetmədədir |
Qafqaz İnkişaf Bankı | 0 | Ləğvetmədədir |
Bank of Azərbaıjan | 0 | Ləğvetmədədir |
Dekabank | 0 | Ləğvetmədədir |
Birlikbank | 0 | Ləğvetmədədir |
Evrobank | 5 min 418 | Ləğvetmədədir |
Gəncəbank | 0 | Ləğvetmədədir |
Kredobank | 70 min 111 | Ləğvetmədədir |
Royalbank | 3 min 172 | Ləğvetmədədir |
United-Kredit Bank | 119 min 150 | Ləğvetmədədir |
Azərbaycan Kredit Bankı | 0 | Ləğvetmədədir |
İlhamə Abdullayeva