14 avqust 2019 15:21

Azərbaycanda inşa edilən evlərin yarıdan çoxunu fiziki şəxlər tikib - STATİSTİKA

Bu ilin birinci yarısında Azərbaycanda 7,2 mindən çox mənzil istifadəyə verilib. Bunun 85% -i fiziki şəxslər tərəfindən tikilib. 

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu il dövlətin və dövlət müəssisələrinin vəsaiti hesabına ümumi sahəsi 37 min kvadratmetr olan 480 mənzil inşa edilib. Özəl şirkətlər cəmi 605 mənzil (73,8 min kv.m) olan bir neçə yaşayış binasını istismara verib. Əhali öz ehtiyacı üçün ümumi sahəsi 977 min kvadratmetr olan 6 120 mənzil tikib. Bunların 35%-i kənd yerlərində yerləşir. Beləliklə, bu il tikilən fərdi mənzillərin orta sahəsi təxminən 160 kvadratmetrdir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz