14 avqust 2019 12:19

Azərbaycan avtomobil idxalını - 2 DƏFƏ ARTIRIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 274 ədəd və ya 1,96 dəfə çoxdur.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınlarının idxalı 10 398 ədəd və ya 1,99 dəfə artaraq 20 800 ədəd, yük maşınlarının idxalı 786 ədəd və ya 67,93 artaraq 1 943 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd və ya 27,78% artaraq 92 ədəd, avtobusların idxalı isə 70 ədəd və ya 2,01 dəfə artaraq 139 ədəd təşkil etmişdir. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz